- Baxış sayı: 52
- 07 Noyabr 2024 10:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu yaxınlarda Dubayda stend atıcılığı üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda Gürcüstan millisi iştirak edəcək. Yarışa hazırlıq məqsədi ilə qonşularımız «Qəbələ» Atıcılıq Klubunda təlim-məşq toplanışındadır. 2-qat dünya və Avropa çempionu Tariel Jqentinin rəhbərliyi ilə heyətə 7 snayper daxil olunub. Bunlar beynəlxalq turnirlərin qalib və mükafatçıları David Kvatadze, Givi Kvatadze, Givi Şengeliya, Mamuka Zarapişvili, İrakli Lomidze, Tengiz İmnaişvili və Vladimir Narçemaşvilidir.
Hazırlıqdan məmnun qalan Gürcüstan yığmasının baş məşqçisi, Azərbaycan tərəfinə xoş söz işlədib: ««Qəbələ» İdman Klubunun rəhbərliyinə bizə belə bir imkan yaratdıqlarına görə dərin minnətdarlığımı bildirirəm. Hazırlığımız yüksək səviyyədə davam etdirilir. Burada idmançıların mühüm yarışlara hazırlanmaları üçün bütün şərait yaradılıb. Ümid edirəm ki, nə vaxtsa, bizim də ölkədə belə bir atıcılıq kompleksi olacaq. Burada insanların nə qədər mehriban, gülərüz və qonaqpərvər olduqlarını qeyd etməmək mümkün deyil. May ayında biz bura Heydər Əliyevin xatirəsinə beynəlxalq qran-priyə gələcəyik».
Təlim-məşq toplanışı martın 19-dək davam edəcək.