- Baxış sayı: 151
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Amerikalı UFC döyüşçüsü Bilal Məhəmməd rusiyalı UFC əfsanəsi Həbib Nurməhəmmədovun komandası ilə necə futbol oynadığını danışıb.
Allsport.az xəbər verir ki, bu barədə o, “Money Loyalty Legacy”ə açıqlama verib:
“Həbibin komandası tez-tez futbol oynayır, onlar bu oyunu sevirlər. Yadımdadır, yanıma gəlib dedilər ki, ay qardaş, futbolu sevirsən? Dedim ki, xoşuma gəlmir, amma qaçmağı və top vurmağı bilirəm. Dedilər: “Yaxşı, bizə qoşul”. Mən Həbibin komandasına düşdüm və ilk hissədə üç qol buraxdıq. Həbib sözün əsl mənasında mənə qışqırdı: “Sən nə edirsən?” Mən topu itirdim və o qəzəbləndi.
İkinci hissədə meydana daxil olan Həbib 5 qol vurdu. O, əsl qatildir. Bundan sonra məni daha onlarla futbol oynamağa dəvət etmədilər”.