“Həbibdən bunu gözləmirdim”

Con Consun UFC-dən ayrılması qarışıq döyüş sənəti həvəskarları və amerikalı döyüşçünün həmkarları tərəfindən müxtəlif rəylər alıb.

Allsport.az xəbər verir ki, keçən şənbə günü təşkilatın prezidenti Dana Uayt Bakıdakı turnirdən sonra keçirilən mətbuat konfransında Consun karyerasını rəsmən bitirdiyini açıqlamışdı.
Consun təqaüdə çıxmaq qərarına gəlməsi və Aspinall ilə döyüşməkdən yayınması MMA ictimaiyyətinin tənqidinə səbəb olub. Lakin Consun müdafiəsinə bir çox böyük adlar gəldi, o cümlədən amerikalını UFC tarixinin ən yaxşı döyüşçüsü adlandıran Həbib Nurməhəmmədov.
Con Consun Nurməhəmmədovun sözlərinə necə reaksiya verdiyi məlum olub. O, sosial şəbəkə hesabında yazıb: “Həbibdən bunu gözləmirdim. Hətta utandım”.

Həmin kateqoriyadan