Həbibin aylar sonra ilk sözü: Faciəni yaşamaqda din kömək etdi, Konorla qarşıdurma arxada qaldı

Yüngül çəkidə UFC çempionu titulunu qorumağa hazırlaşır: o, 24 oktyabrda Castin Qetji ilə üz-üzə gələcək. Allsport.az saytının məlumatına görə, bu, dağıstanlı idmançının atası və şəxsi məşqçisi – Abdulmanaf Nurməhəmmədovun ölümündən sonra, ilk döyüşü olacaq.

Dünən Həbib Moskvada mətbuat konfransı keçirib. O, yalnız atasının itkisindən deyil, qarşıdakı görüşdən, Floyd Meyveyzer ilə boks qarşıdurması və Konor haqqında da danışıb. Sitat:

“İnanclı bir insan olaraq inanıram ki, hər şey Uca Tanrının iradəsindən asılıdır. Bir il içində həyatımızın necə olacağını bilmirik, bəlkə də yarısı ayrılacaq. Atamın getməsi də Onun istəyidir. Bununla din mənə çox kömək edir. İslam mənim üçün bir naviqatordur, o olmadan irəliləmək çox çətindir”.

Həmin kateqoriyadan