- Baxış sayı: 37
- 17 Yanvar 2025 14:51
- Baxış sayı: 90
- Yanvar 17, 2025
- 0
UFC 311 turnirinə bir neçə gün qalıb və maraqlı döyüşlərdən biri Tahir Ulanbəyov ilə Kleyton Karpenter arasında olacaq.
Allsport.az xəbər verir ki, Ulanbəyov Həbib Nurməhəmmədovun komandasının ən uğurlu döyüşçülərindəndir. Dağıstanlı idmançı “Fight Nights” və GFC liqalarında çempion olub. O, 2020-ci ildən UFC-də döyüşür. Tahir burada dörd dəfə qalib gəlib, bir dəfə isə məğlub olub.
Ulanbəyov hazırda 56,7 kq çəki dərəcəsində 11-ci yerdədir. O, 2023-cü ilin dekabrında son döyüşündə Kodi Derdenə qalib gəlib.
Bununla belə, Ulanbəyov, bir çox döyüşçü kimi, zədələr və digər problemlərlə əlaqədar döyüşlərin təxirə salınması ilə üzləşir.