Həbsdə olan Forvard.az-ın əməkdaşının işi üzrə məhkəmə başlayıb

Martın 16-da Nizami rayon məhkəməsində həbsdə olan kommunist fəalların işi üzrə proses başlayıb. Allsport.az saytı xəbər verir ki, baxış iclasında təqsirləndirilən şəxslər – forvard.az saytının aparıcı əməkdaşı Abdulla İbrahimli (foto – PFL) və onun əqidə yoldaşları – İbrahim Əsədli, Elçin Bayramlı və Mehman Zeynalovun barəsində ittiham aktı elan olunub. İttiham aktında iddia olunur ki, sözü gedən şəxslər ötən ilin noyabrında paytaxtın Nizami rayonunda Zəhmətkeşlər bağında keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə ilə yürüş keçirməklə ictimai qaydanı pozublar və polisə müqavimət göstəriblər.

Təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini təqsirli bilməyiblər. Müdafiə tərəfi isə çıxış edərək fəalların nəyə görə yürüşün keçirildiyi vaxt yox, üstündən bir neçə həftə keçəndən sonra saxlanıldığını sual edib. Hakimlər yürüşün təhlükəsizlik kamerası tərəfindən lentə alınmış görüntülərinin məhkəməyə gətirilməsi və nümayiş etdirilməsi barədə qərar veriblər.

Noyabrın 26-da KİV-də kommunist fəalların polis tərəfindən saxlanıldığı xəbəri yayılıb. Onların Bakıda SSRİ bayrağı ilə yürüş keçirdiyi, “başqa bir dövlətin dəstəyi və maliyyəsi hesabına” ofis icarəyə götürdüyü və ofisdə keçirilən reyd zamanı “kommunist ideologiyasının təbliğinə dair materialların” götürüldüyü bildirilib.

Onların iştirak etdiyi yürüş isə noyabrın 7-də Böyük Sosialist İnqilabının 108-ci ildönümündə baş tutub və yürüşdən video da sosial şəbəkələrdə məhz həmin gün paylaşılıb.
Fəallar Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) üzrə ittiham olunur.

Abdulla İbrahimli idman mətbuatında ilk addımını “Futbol+” qəzetində atıb. Sonradan Sport24.az və Strateji.az saytlarında çalışıb və hər 3 KİV orqanından qalmaqal törədərək qovulub. Forvard.az-da onu saytın baş redaktoru Ağa Dadaşzadə himayə edib. O, Abdulla İbrahimli barəsində “təmiz uşaqdır, pis adamlarla əlaqəsi yoxdur, sadəcə öz fikirləri var, özünün işidir”, – deyib. Forvard.az-ın kommunist əməkdaşı həbs olunandan bir neçə gün sonra, Ağa Dadaşzadə izi itirmək və məsuliyyəti öz üzərindən atmaq üçün saytın bütün köhnə yazılarını sildirib, onu yeni tərtibatda ictamiyyətə təqdim edib. “Bizimlə əlaqə” bölməsində forvard.az-ın 2024-cü ildə fəaliyyətə başlaması qeyd olunub, amma məqalələr 2026-cı ilin fevralından başlayır.

İttihamçının son dövrdə azeripress.az və futbolxeber.az saytlarının əməkdaşı Fərəc Aslanovla yaxınlıq etdiyi müşahidə olunub. Gənclər və idman nazirliyinin sorğusunda, Peşəkar Futbol Liqasının rəsmiləri Forvard.az-ın dövlət üçün bu təhlükəli əməkdaşının cari mövsüm bu qurumun bayrağı altında keçirilən oyunlara vəsiqə vermədiyini bildirsələr də, o, 1-ci və 2-ci liqa matçlarında iştirak edib, açıqlama və müsahibələr alıb (https://allsport.az/forvard-az-in-aparici-əməkdasi-3-ayliq-həbs-olunub-video/). PFL öncələr də Abdulla İbrahimliyə köməklik göstərib, onu daim mövsümlük qeydiyyatda təmin edib.

Həmin kateqoriyadan