- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

21 may – 1 iyunda Milli gimnastika arenasında minifutbol üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bununla bağlı bu gün mətbuat konfransı oldu. AMF-in icraçı vitse-prezidenti Taleh Nəsibov imkanları belə dəyərləndirdi:
Taleh Nəsibov: “Azərbaycanda nüfuzlu beynəlxalq yarışlar keçirilib. Biz bunlardan nümunə götürərək hazırlamışıq. Minifutbol federasiyasının əməkdaşları sayı çox deyil. Bu məsələdə gənclər və idman nazirliyinin dəstəyi var.
2022-ci ildə Avropa çempionu olduqdan sonra, federasiyamızın prezidenti Orxan Məmmədov belə bir təşəbbüslə çıxış etdi. Qarşı tərəfdən müsbət cavab gəldi. Biz dünya çempionatının təşkilatçısıyıq.
Hazırlıq üçün əlimizdən gələni etmişik. Psixoloji cəhətdən hazır olduğumuzu düşünürəm. Hədəfimiz, ev sahibi olaraq ilk 3 yerdən birini tutmaqdır”.