Həftənin ən yaxşısı kim olacaq?

Çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Allsport.az xəbər verir ki, bu ada dörd oyunçu iddia edəcək.

PSJ-nin üzvü Xviça Kvaratsxeliya “Çelsi” üzərində qazanılan 5:2 hesablı qələbədə iki qol və bir məhsuldar ötürmə ilə yadda qaldığı üçün namizədlər sırasına daxil edilib. “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde isə “Mançester Siti” ilə qarşılaşmada (3:0) het-trik edərək siyahıya düşüb.

Digər namizədlər isə “Bavariya”nın “Atalanta”nı 6:1 hesabı ilə darmadağın etdiyi matçda iki qol və bir assist müəllifi olan Maykl Olise və “Atletiko Madrid”in “Tottenhem”ə 5:2 hesabı ilə qalib gəldiyi görüşdə iki qol, bir ötürmə ilə fərqlənən Xulian Alvaresdir.

Həmin kateqoriyadan