- Baxış sayı: 34
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 120
- Noyabr 28, 2024
- 0
Futbol üzrə Azərbaycan premyer liqasında VII turun rəmzi komandası bəlli olub.
Allsport.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən “11-liy”ə “Qarabağ”dan 4, “Keşlə”, “Zirə” və “Qəbələ”dən hərəyə 2, “Neftçi”dən isə 1 oyunçu daxil edilib.
Turun futbolçusu isə “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov olub.
Qapıçı: Stanislav Namaşko – 287 (“Keşlə”)
Müdafiəçilər: Faysal Rerras – 265 (“Qarabağ”) – 2, Anastasios Papazoqlu – 281 (“Zirə”), Miyusko Boyoviç – 267 (“Keşlə”) – 2, Abbas Hüseynov – 319 (“Qarabağ”) – 6
Yarımmüdafiəçilər: Stiven Monroz – 304 (“Neftçi”) – 2, Merab Giqauri – 296 (“Qəbələ”) – 2, Şafik Tiqruca – 255 (“Zirə”) – 2, Dani Kintana – 246 (“Qarabağ”) – 2
Hücumçular: Maqaye Qeye – 299 (“Qarabağ”) – 3, Klesio Bauk – 228 (“Qəbələ”)
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.