“Hələ heç nə bitməyib”

“Fikrimcə, matç çətin keçəcək. “Qarabağ” güclü rəqibdir. İkinci oyunda var qüvvəmizi ortaya qoyacağıq. Düzdür, ilk qarşılaşmada yenildik. Amma xeyli qol vəziyyətimiz oldu.

Allsport.az xəbər verir ki, bunu sözləri “Şkendiya”nın baş məşqçisi Jeton Beqiri çempionlar liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

O, “Styaua” ilə görüşlərdə daha istəkli və aqressiv olduqlarını bildirib: “Qarabağ”la oyun fərqli idi. İlk hissədə rəqib, ikinci yarıda biz üstün idik. Hələ heç nə bitməyib. Azərbaycan klubunun avrokubok təcrübəsi çoxdur. Bu, onun üstünlüyüdür”.

Həmin kateqoriyadan