- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

“Qarabağ” premyer liqanın 6-cı turunda öz meydanında “Səbail”ə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Hələ tam heyətlə birgə deyilik. Bəzi oyunçularımızda zədə var idi, Yassin Benzia milli komandasından gec gəlmişdi. Buna baxmayaraq, futbolçular çox əziyyət çəkdilər.
Xeyli sayda qol epizodumuz oldu. Sadəcə, istifadə edə bilmədik. Qarşımızda yaxşı müdafiə olunan və sürətli əks-hücuma çıxan kollektiv var idi”.