- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Neftçi” premyer liqanın XII turunda evdə “İmişli”yə uduzub.
Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın məşqçisi Mübariz Orucov məğlubiyyəti belə şərh edib:
“Turnir cəvdəlində yerimiz yaxşı deyil, amma oyun baxımından xeyli fərq var. Düzdür, nəticəyə təsir etmir, əsasən də ilk dövrədə çox xallar itirmişik. Bu gün də çox üzücü məğlubiyyət aldıq. Heyətdə yeni oyunçular var, məsələn, Metyu və Abubakar sonradan qoşulublar. Yəni tam formalaşmamışıq. Hələ uyğunlaşma prosesi gedir. “Neftçi” olaraq həm çempionata, həm kuboka köklənmişik. Düzdür, çempionatda işlərimiz yaxşı getmir. Kubok yolu qısa yoldur, əlbəttə, ona da köklənəcəyik. Amma o demək deyil ki, çempionatı boş vermişik. Qarşıda oyunlar var. “Neftçi”nin hədəfi həmişə yüksək yerlər, çempionluq olub. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”.