Həmilton “Ferrari”nin bolidini qiymətləndirdi

Formula-1-in 7-qat dünya çempionu “Ferrari” komandasının pilotu Lyuis Həmilton açıqlama verib.

Allsport.az xəbər verir ki, braziliyalı idmançı İtaliya komandasının bolidinin potensialı barədə fikrini bölüşüb: “Düşünürəm ki, bolidin performans baxımından potensialı ilk həftəsonunda əldə edə bildiyimizdən daha yüksəkdir. Məncə, hər şey parametrlərlə bağlıdır. Dəyişikliklərlə bağlı bəzi fikirlərim var, ona görə də bundan sonra işlərin necə gedəcəyini görəcəyik”.

Formula-1-in növbəti mərhələsi 21-23 martda Çində baş tutacaq.

Həmilton Avstraliya qran prisində 10-cu nəticə olub.

Həmin kateqoriyadan

azenrutr