- Baxış sayı: 91
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

“Ferrari”nin əsas pilotu Şarl Leklerin kiçik qardaşı Artur Lekler, Əbu Dabi qran-prisinin ilk sərbəst məşq sessiyasında komandanı təmsil edəcək.
Allsport.az xəbər verir ki, o, Lüis Həmiltonu əvəz edəcək. Bu qərar hər komandanın mövsümdə dörd məşq sessiyası ilə yeni başlayan bir pilot təmin etməsi məcburi tələbi ilə əlaqədardır. Yeddiqat Formula-1 üzrə dünya çempionu Həmilton ikinci sərbəst məşq sessiyası üçün bolidinin sükanı arxasına keçəcək.
Əbu Dabi qran prisi 2025 mövsümünün son həftəsonu olacaq.