- Baxış sayı: 28
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik çempionlar liqası əsas mərhələsinin 3-cü turunda “Olimpiakos” üzərində qazanılan böyükhesablı qələbəni (6:1) şərh edib.
Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının növbəti oyunda “Real”ı məğlub etməyə gücünün çatdığını bildirib:
“Həmişə müsbət düşünürəm. Artıq “Barselona”nın Madriddə qalib gəlməyə gücü var. Ola bilsin ki, həftəsonu bir neçə oyunçu heyətə qayıtsın. “Olimpiakos” üzərində qazanılan bu qələbə bizə böyük inam aşılayacaq vacib qələbə idi. Rəqib yüksək pressinq edirdi, lakin Ferminin vurduğu ilk qol bizə kömək etdi.
Rəşford bu gün yaxşı oynadı. Markus qol vəziyyətləri yaratdı və penalti qazandı. Qol vurması da vacibdir. Rəşford ondan gözlədiklərimin yüz faizini verir”.
“Barselona” oktyabrın 26-da İspaniya çempionatının 10-cu turunda səfərdə “Real”ın qonağı olacaq.