- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Uğura yetişmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir. Rio oyunlarında sərbəst güləş millimiz 2 gümüş və 3 bürünc medal qazandı. Bu, say baxımından, London-2012-dən 2 mükafat çoxdur, amma çəki ilə ölçüldükdə, 1 əyar aşağıdır. Bu dəfə nəyə görə, ən azı, 2 qızıl medal olmadı? Baş məşqçi Saypulla Absəidov allsport.az saytına müsahibəsində, bu və digər məqamlara aydınlıq gətirdi:
– Biz həmişə olimpiya oyunlarında yüksək səviyyədə çıxış etmişik. Ona görə komandamızdan həmişə umurlar ve məsuliyyətimiz də böyük olur. Bu isə müəyyən dərəcədə, güləşçilərimizə psixoloji təsir və təzyiq edir. Fikrimcə, pis çıxış etmədik. Nəyə görə bu dəfə qızıl medal olmadı, bu barədə mənə fikirləşmək, güləşçilirəmizin çıxışlarını təhlil etmək lazımdır.
– Toğrul Əsgərovdan fərqli, Xetaq Qazyumov qızıl medala daha yaxın idi. Görüşün gedişi də bunu göstərirdi. Amma kapitan əvvəlki tutaşmalarla müqayisədə, finalda daha çox müdafiə olundu. Bu nə ilə bağlı idi: tapşırıq, yoxsa, rəqib ona hücum etməyə imkan vermədi?
– İndi bu barədə qəti fikir söyləyə bilmərəm. Gərək, idmançımızın çıxışını video-yazı vasitəsi ilə izləyim, ABŞ-lı rəqibi ilə görüşünü analiz edim.
– Hər halda, nəticədən razısınızmı?
– Bəli, niyə də olmayım: 5 medal qazındıq. Bu uğurumuzla sübut etdik ki, hər çəkidə bizdə güclü güləşçilər var və dünyada istənilən rəqiblə rəqabətə hazırıq. Bizdək çəkinirlər, Bu faktdır. Rioya tam heyətlə yollanmağımız da hər şeydən xəbər verir.
– Rio oyunlarında bu nəticəni gözləyirdinizmi?
– Heç olmasa, bir qızıl medalımız olsaydı, çox irəliləyərdik. Müəyyən mənada, bəxtimiz gətirmədi. Amma yenə təkrar edirəm: 5 medala sahibləndik və hər çəkidə qələbəyə iddialılardan sayılırıq.
– Cəbrayıl Həsənov da fürsətini fövtə verdi. Güləşçimizin finala çıxmasında nə çatmadı?
– O da öz növbəsində, öz çəkisində, 74-kq-da liderlərdən sayılır. Finala adlasaydı, əminəm ki, iranlıya da qalib gələcəkdi.
– 4:0 irəlidə idi. Amma yekunda uduzdu. Onun üstünlüyü ələ alıb, sonradan uduzduğu az görüş olmayıb.
– Bütün bunları psixoloji amillə əlaqələndirirəm. O, funksional, taktiki və taktiki hər şeyi işlədi. Çatışmamazlıqları təhlil edib, gələcəkdə eyni səhvləri təkrarlamamağa çalışacağıq.
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”