Həmkarımız İngiltirədə keçirilən foto müsabiqənin qalibi oldu

Gənclər və İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş  “Azərbaycan idmanı- fotokamerada” müsabiqəsinin birincisi olub. Allsport.az saytı xəbər verir ki, həmkarımıza qalibiyyəti  Pekində keçirilmiş 29-cu Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən foto gətirib.

Bundan savayı, həmyerlimizin Londonda qalib gələn “Zirvəyə doğru” adlı fotosu və TOP-10-a düşən digər 2 şəkil (“Mən bunu elədim” və “Fəxarət”) də var.

TEAS: “Dilavər Nəcəfov Azərbaycanın məşhur fotoqraflarından biridir. Uşaqlıq illərdindən bu sənətinə böyük maraq göstərən foto-müxbir, 20 ildən artıqdır ki, Gənclər və İdman Naziriyində çalışır. ”

Müsabiqənin əsas məqsədi, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı  olub. Qalib gəlmiş 70-dən artıq foto qitənin bir sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.

2-ci yeri fransalı Paul Robion, 3-cü yeri yenə Azərbaycanlı fotoqraf Rüfat Abbas tutub.

Iconic gymnastics image selected as winner of TEAS photographic competition

 

10410893_804093769636304_3497309223829455796_n   10801668_804094112969603_8333844857287874853_n10418236_804093996302948_4828389179605308127_n10624989_804093932969621_7817882232513274035_n

Həmin kateqoriyadan