Həmkarına quyu qazdı, özü düşdü: Nazim Umbayev 1 illik yarışlardan uzaqlaşdırılıb

Azərbaycan cüdo federasiyasında daxili çəkişmələr davam edir. Allsport.az saytına bir müddət öncə daxil olan məlumata görə, Paris-2024 paralimpiadasını idarə edən Nazim Umbayev 1 illik daxili yarışlardan uzaqlaşdırılıb. O, nə 2024-cü ilin 28 dekabrında ACF-in ümumrespublika seminarında, nə də 29 noyabr – 1 dekabrda Bakı idman sarayında keçirilmiş Azərbaycan çempionatında iş başında olub. Onun ötən ilin yayında Hövsanda U-15 ölkə birinciliyində rəhbərliklə sözü çəp gəlib. “A” dərəcəli hakim Paris-2024-ə vəsiqə əldə etdiyindən, özünü zirvədə hiss edib və yekunun nə ilə bitəcəyini hesablamayıb. Kateqoriyasının düşməməsi üçün Nazim Umbayev daim beynəlxalq turnirlərə yollanmalıdır. Belə olan halda, öz hesabına səfərə çıxmalıdır. Bu da sərf etmir, o üzdən cəzasının qısaldılması üçün dəridən-qabıqdan çıxır. Ötən ilin dekabrında İstanbulda cüdoda yeni qaydalarla bağlı keçirilmiş seminarda, onun ACF-in hakimlər komitəsinin sədri Natiq Bağırova minnətçi düşdüyü söylənilir.

Ümumiyyətlə, mütəxəssislərə Nazim Umbayevin hərəkəti gözlənilməz olub. Hər kəsə bəllidir ki, ACF-də sərt qaydalar hökm sürür. Orada rəhbərliyin bir sözünü iki edə bilməzsən. Paris oyunlarında 2 qızıl medaldan sonra federasiya prezidenti Rəşad Nəbiyevin qılıncının hər üzü kəsir. Böyük ehtimalla o, özünü ən yüksəkdə görür. Kim bilir, bəlkə də ən aşağısı, baş nazirliyə iddialıdır. Gənclər və idman nazirliyinin rəhbərliyindən mətbuat xidmətinədək, hər kəsin cüdo federasiyasından çəkindiyi ilə bağlı xəbərlər dolaşır. 47 yaşlı məmur yeniyetməlik dövründə bu idman növü ilə məşğul olub. Bürokratik idarəetməni, iqtisadiyyatı və texnologiyanı yaxşı bilir. İddialıdır, çevik və enerjilidir. Yeniyetmələrin qitə və dünya birinciliklərinin mükafatçısı Turan Bayramova (maraqlıdır ki, eyni ad, soyad və şəhəri təmsil edən idmançı güləşdə var) sərt şəkildə qulaqburma verməsinin səbəbini, yəqin gəncəli cüdoçu özü belə anlamayıb (hadisə nəql edənlərin təfərrüatı ilə dediklərini lüzum görmürük – red).

Cüdo məşqçiləri onu görmək üçün bəzən bölgələrə qəbuluna üz tuturlar. Millidə çalışmaq istəyənlərə narazılığını bildirir, hamının oranı istəməsinə gileylənir. Bütün məsələlərin baş katib Rəşad Rəsulluya tapşırdığını söyləyir. Başqa sözlə, əsas millidə məşqçi ancaq bu şəxsin qohumu və əcnəbilərlər ola bilər. Azərbaycanlılara bu qadağandır. Gerçək odur ki, indiyədək cüdoda qazanılan 3 qızıl medal yerlilərin sayəsində olub. Hazırda vitse-prezident olan Elnur Məmmədli (şəxsi çalışdırıcısı Yaşar Allahverdi) baş məşqçi Ağayar Axundzadənindönəmində sevinib. Paris olimpiadasının həlledici mərhələsindəHidayət Heydərovu (şəxsi çalışdırıcısı Tərlan Həsənov) Elnur Məmmədli, Zelim Kotsoyevi (öncə şəxsi məşqçisi – Elçin M. İsmayılov) Elxan Məmmədov nəzarətdə saxlayaraq hazırlayıb.

Y.S. Həmkarından rəhbərliyə həqiqəti əks etdirməyən xəbər çatdıran, onu federasiyaya qarşı tənqidi yazılarla əlaqələndirən Nazim Umbayev hoppanıb qabağa düşmək istəyib, amma büdrəyib geri düşüb…

Həmin kateqoriyadan