“Həmzət tapançadır, mən isə tankam”

Orta çəkidə UFC çempionu Drikus dyu Plessis Həmzət Çimayevlə mümkün titul döyüşündən danışıb.
Allsport.az xəbər verir ki, dyu Plessis Çimayevin növbəti rəqibi olmasını istəyir:
“Mən döyüşərkən ​geri çəkilməyin nə demək olduğunu bilmirəm. Mən onu məhv edəcəm. Həmzətin həddən artıq güc işlətdiyi üçün raund yarımdan sonra yorulduğunu bilirəm. Əlbəttə, onun güləş texnikası var, amma əsas silahı gücüdür. Fiziki gücdən danışsaq Həmzət tapançadır, mən isə tankam.”
Drikus dyu Plessis 23 döyüş keçirib və 21 qələbə qazanıb. Həmzət Çimayev 14 döyüşdə 14 qələbə qazanıb.

Həmin kateqoriyadan