- Baxış sayı: 42
- 02 Fevral 2026 10:00
- Baxış sayı: 128
- Fevral 02, 2026
- 0

Danimarkanın kişi həndbol yığması finalda Almaniyanı 34:27 hesabı ilə məğlub edərək üçüncü dəfə Avropa çempionu olub. Allsport.az xəbər verir ki, həlledici görüşü Almaniya kansleri Fridrix Merts və Danimarkanın baş naziri Mette Frederiksen tribunadan izləyiblər.
Üçüncü yer uğrunda matçda Xorvatiya İslandiyaya 34:33 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. Danimarka, Norveç və İsveçin birgə ev sahibliyi etdiyi turnirdə 24 komanda mübarizə aparıb. Növbəti qitə birinciliyi 2028-ci ildə İspaniya, Portuqaliya və İsveçrədə keçiriləcək.