“Hər dəfə uzunmüddətli fasilədən sonra oyunumuz alınmır”

“Neftçi” premyer liqanın 21-ci turunda öz meydanında “Sumqayıt”a 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov yenilgiyə belə şərh verib:

“Məğlub olandan sonra fikir bildirmək çətindir, amma yenə də danışmalı və düzünü deməliyik. Futbolçuların günahı yoxdur. Rəqibi təbrik edirik, fürsətlərdən istifadə etdilər. Oyuna kimi olan proseslərdən danışmaq istəyirəm.

Rəqibdən asılı olmayaraq bugünkü matç bizi qorxudurdu. Çünki hər dəfə uzunmüddətli fasilədən sonra oyunumuz alınmır. Buna görə də belə məğlubiyyət məşqçi heyətinin günahıdır. Futbolçuları yetərincə kökləyə, hazırlaşdıra bilmədik. Heç nə bitməyib, vəziyyəti düzəltməyə çalışacağıq.

Düzdür, bu bizə zərbədir. Təəssüf ki, bununla üzləşdik. Futbolçularda motivasiya, istək var idi, amma intizamdan qopmaları bizi üzdü. Əsas odur ki, səhvlərimizi bildik və bunları tezliklə aradan götürməliyik”.

Həmin kateqoriyadan