“Hər kəs görür ki, əslində nələr baş verib”

“Bu oyuna kimi çox uzun və ağır yol keçdik. İrəli çıxmağımıza mane olan çox səbəb var idi. İndi bəlkə də emosiyaların təsiri altındayam. Ona görə də çox şey demək istəmirəm”.

Allsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev premyer liqanın 28-ci turunda  “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə açıqlamasında deyib. O, Bakı təmsilçisini çempionluq münasibəti ilə  təbrik edib: “Ümid edirəm ki, çempionlar liqasında Azərbaycanı layiqincə təmsil edəcək və ölkəmizin reytinqini artıracaqlar”.

Medvedev qarşılaşmadakı mübahisəli penalti epizodları haqqında isə çox danışmaq istəməyib: “Qarşılaşma gedə-gedə nələrin baş verdiyini deyə bilmərəm. Oyunun təkrarına baxanda hər kəs görür ki, əslində nələr baş verib”.

Həmin kateqoriyadan