“Hər kəs Ukraynada sülhün bərqərar olmasını istəyir”

Ukrayna futbol assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı sülh planı barədə fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, “Dagens Nyheter” nəşrinə müsahibə verən Şevçenko hər kəsin sülh arzuladığını, lakin bunun ədalətli şərtlərlə olmasının vacibliyini vurğulayıb: “Hər kəs Ukraynada sülhün bərqərar olmasını istəyir. Lakin mən birinci deyərdim ki, bu, Ukraynanın və avropalı müttəfiqlərimizin qəbul edə biləcəyi ağlabatan bir sülh olmalıdır”.

O, həmçinin hazırda əsas diqqətini idman sahəsinə yönəltdiyini bildirib: “Mən prosesləri izləyirəm, lakin bilirəm ki, mənim işim futboldur. Hazırda bütün diqqətimi bu sahəyə cəmləmişəm”.

Həmin kateqoriyadan