- Baxış sayı: 34
- 21 Aprel 2025 23:46
- Baxış sayı: 104
- Aprel 21, 2025
- 0
Azərbaycan premyer liqasının XXIX turunda “Şamaxı” “Neftçi”yə evdə 0:2 hesabı ilə uduzub.
Allsport.az xəbər verir ki, oyundan sonra “flaqman”ın məşqçisi Mübariz Orucov mətbuat konfransında iştirak edib:
“Neftçi” olaraq hər oyuna qələbə üçün çıxırıq. Çempionada mümkün qədər yüksək yer tutmaq, kubokda isə finala yüksəlib həlledici oyunda qələbə qazanmaq istəyirik. Bunu nə dərəcədə bacaracağımızı zaman göstərəcək. Zədəlilərimiz çox olduğu üçün bir az ehtiyatlı danışıram, amma avrokuboklara düşmək üçün bütün mümkün fürsətlərdən istifadə etməyə çalışacağıq”.