“Hər şey düşündüyümüz kimi alındı”

“Qarabağ” premyer liqasının 26-cı turunda səfərdə “Sabah”ın qapısından 4 cavabsız qol keçirib. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov görüşdən sonra bunu söyləyib:

“Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Bundan da vacibi komandanın oyun tempini ilk dəqiqələrdən qaldırması idi. Hər şey düşündüyümüz kimi alındı. Bəzən daha istəkli olanda belə hesablar alınır.

“Sabah”ın baş məşqçisi Ramin Quliyevə uğurlar arzu edirəm. İntizamlı komanda yaradıb. Sevinirəm ki, bütün komandaları yerli məşqçilər çalışdırır. Hər birinə uğurlar arzu edirəm. Meydança da çox möhtəşəm idi. Ot örtüyü yaxşı idi.”

Həmin kateqoriyadan