- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov çempionlar liqası 2-ci təsnifatında “Olimpiakos”la oyununda zədələnərək meydanı tərk edib. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı İnstaqramda paylaşım edib: “Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, Namiq Ələsgərov qarşılaşmanın 43-cü dəqiqəsində Məhəmməd Kamaranın kobud oyunu nəticəsində zədələnib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.
“Olimpiakos” – “Neftçi” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.