FOTO
Rio-2016-ya xallar verən yarışda Milad Hərçəqani çempion, Fəridə Əzizova 3-cü oldu

Moskva şəhərində təşkil edilən və sayca 5-ci olan “Russian open-2015” beynəlxalq turniri başa çatıb. Allsport.az xəbər verir ki, sentyabrın 26-27-də ”Dinamo” idman kompleksində keçirilən G1 kateqoriyalı turnirdə milli komandamızın 3 üzvü – Məhəmməd Məmmədov (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və Fəridə Əzizova (67 kq) qüvvələrini sınayıb. Təmsilçilərimiz bu yarışı da medalla başa vuraraq adlarını mükafatçılar sırasına yazdırmağı bacarıblar.

Belə ki, dayanq üzərinə çıxan Milad Beigi Hərçəqanı rəqiblərinə şans vermiyərək finala yüksəlib, finalda isə Almaniya təmsilçisi Tahir Güleçi məğlub edərək turnirin qızıl mükafatını qazanıb. Qadın taekvondoçumuz Fəridə Əzizova isə yarımfinalda məğlubiyyətlə barışmalı olub. Məhəmməd Məmmədov ilk rəqibini məğlub etsə də, növbəti rəqibə yenilib. Millinin üzvləri bu gün Vətənə dönəcək.

12042215_499246386902550_1517805989_n12081506_727465337359485_1724417032_n

Həmin kateqoriyadan