Həvəskar döyüşçülər üçün turnir

Beynəlxalq döyüş liqası (IFL – “International Fighting League”) və
Azərbaycan MMA federasiyası həvəskar döyüşçülər üçün qarışıq döyüş növləri üzrə “IFL Grand Prix” turniri keçirəcək. Allsport.az xəbər verir ki, layihənin keçirilməsində məqsəd həvəskar və potensiallı döyüşçülər
üçün meydan yaratmaq, eyni zamanda, onlara mənəvi və peşəkar dəstək
göstərməkdir.

32 döyüşçünün iştirak edə biləcəyi turnir olimpiya sistemi
əsasında keçiriləcək. Döyüşlər 1/16, 1/8, 1/4, 1/2 və final döyüşündən ibarətdir.

Qalib beynəlxalq döyüş liqası ilə müqavilə bağlayacaq. “IFL Grand Prix”də iştirak üçün qeydiyyata iyunun 24-də start veriləcək. Qeydiyyat iyulun 8-dək davam edəcək.

Özünə, döyüşünə güvənən və yüngül çəki dərəcəsində (66-70 kq) təmsil
olunan həvəskar döyüşçülər www.grandprix.ifl.az saytında qeydiyyatdan
keçərək, mübarizəyə qoşula bilərlər. İştirakçıların seçimi
təşkilat komitəsi tərəfindən aparılacaq.

Mövcud pandemiya vəziyyəti ilə əlaqədar karantin rejimini nəzərə alaraq
avqust ayında təşkil olunacaq turnirin tamaşaçısız keçirilməsi planlaşdırılır.

Döyüşlər turnirin yayım dəstəkçisi olan “CBC Sport” kanalında canlı
yayımlanacaq. Tamaşaçılar döyüşləri IFL-in sosial şəbəkələrində video
formatda da izləyə biləcəklər.

Həmin kateqoriyadan