“Həyəcanlı və xoşbəxtəm”

Canluici Donnarumma “Mançester Siti”yə keçidi haqda danışıb.
Allsport.az xəbər verir ki, italiyalı qapıçı “şəhərlilər”lə 5 illik müqavilə imzalayıb.

İngiltərə təmsilçisi 26 yaşlı futbolçu üçün PSJ-yə 30 milyon funt-sterlinq ödəyib.

“Düzünü desəm, son bir neçə gündə durumumun çətinliyini təsirini hiss edirdim, amma məşq etməyə davam etdim.

Həmişə sakit idim və “Siti”yə keçidi səbirsizliklə gözləyirdim, çünki onlar məni çox istəyirdilər. Pep Qvardiola mənlə danışaraq komandasına dəvət etdi.

“Mançester Siti” kimi prestijli kluba transfer olduğum üçün fəxr edirəm, həyəcanlı və xoşbəxtəm”, – Donnarumma bildirib.

Həmin kateqoriyadan