- Baxış sayı: 30
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Qadın kikboksçulardan ibarət millinin baş məşqçisi Anar Süleymanov həbs olunub. Allsport.az saytı xəbər verir ki, o, həyat yoldaşını döyməkdə təqsirli bilinib. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboksçu olub. Qafqazinfo.az-ın məlumatına görə, xanım polisə izahatında Azərlə cəmi 2 ay evli oluğunu göstərib:
“Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq”. Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.
Zərərçəkmiş 17-ci polis bölməsinə şikayət edib və Azər Süleymanov barəsində inzibati xətalar məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və Azər Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.