- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 176
- Fevral 06, 2026
- 0

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqada yubiley oyununu keçirib. Allsport.az xəbər verir ki, yalnız bir kluba rəhbərlik edən mütəxəssis paytaxt təmsilçisini 75-ci matça çıxarıb.
Onun yubileyi XXVII turun “Zirə” ilə səfər matçına təsadüf edib. Hacıyevin komandası rəqib meydanında 0:2 hesabı ilə məğlub olub. Premyer liqada 2018/19 mövsümündə debüt edən çalışdırıcı üç çempionatda “Səbail”i 75 qarşılaşmaya çıxarıb.
Bu oyunlarda 22 qələbə sevinci yaşayan Hacıyev 19 heç-heçəyə şahid olub. Onun yetirmələri 34 dəfə uduzub. Mütəxəssisin rəhbərliyi altında 65 qol vuran komanda 108 top buraxıb.
Hacıyevin çempionatda debütü 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin gün “Səbail” “Qəbələ” ilə səfər matçında 0:3 hesabı ilə məğlub olub.