- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. Allsport.az saytı xəbər verir ki, tanınmış iş adamı onun barəsində bunu deyib:
“Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladım. Azad bəyi uzun illərdir tanıyırdım. O, vətənini sevən, işgüzar, dövlətinə sadiq bir insan idi. Bir neçə il əvvəl Madrid “Atletiko”su ilə əməkdaşlığa başlayarkən, məhz Azad Rəhimov dövlət rəsmisi kimi bizə lazımi dəstəyi göstərdi.
Hətta səfərlərimizdən birində, Madrid şəhərində “Atletiko” klubunun rəhbərləri ilə görüşləri bərabər keçirdik və o işgüzar görüşlərdən çox gözəl xatirələr qaldı. Azad müəllimin xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Azad qardaş, qəbrin nurla dolsun.
Ailə üzvlərinə və yaxınlarına, o cümlədən, Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.