Hafiz Məmmədov ««Bakı»nı yenə əvvəlki «Bakı» edəcəyik»

Sahib olduğu «Lans» klubu ilə bağlı müəyyən işləri nizama salanHafiz Məmmədov artıq bu həftə Bakıya dönüb. Allsport.az saytı xəbər verir ki, hər gün «Bağlan Qrup»da toplantı keçirən tanınmış biznesmen, indi də «Bakı» komandasının durumunu yaxşılaşdırmağa çalışır. Daim nikbin danışan, təmkinli olan azərbaycanlı maqnat, «zolaqlılar»ı əvvəlki şanlı vəziyyətinə gətirəcəyini bildirib:

«Mən futboldan iyrənməmişəm. Hərdən mənə belə suallar verirlər ki, futboldan çəkilmisən? Axı nəyə görə çəkilməliyəm? «Bakı»ya uzun illər əziyyət çəkmişik, indi yaryıolda qoyub gedək? Klubun maliyyə işləri ilə bağlı köməkçilərimə tapşırıqlarımı vermişəm. Klubda çalışanları, məşqçiləri və fuibolçuları çox yaxşı başa düşürəm. belə vəziyyətdə işləmək onlara çox çətindir. Dözüblər, sağ olsunlar. İnşallah, bir şey qalmayıb, «Bakı»nı yenə əvvəlki «Bakı» edəcəyik. Biz futbolda sözümüzü yenə deyəcəyik”.

Həmin kateqoriyadan