- Baxış sayı: 12
- 16 Aprel 2025 17:28
- Baxış sayı: 87
- Aprel 14, 2025
- 0
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” “Qarabağ”la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Allsport.az xəbər verir ki, oyunsonrası keçirilmiş mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçi Elmar Baxşıyevin matçı şərh edib: “Maraqlı oyun alındı. Hər iki komanda meydanda sona qədər mübarizə apardı. Bu oyunda bizi nə gözlədiyini bilirdik. Komandam ortaya yaxşı iş qoydu və qələbə qazandıq. Bu oyunu unudub qarşıdakı çempionat matçına hazırlaşacagıq.
Penaltı də oyunun bir elementidir. Hakim qərar qəbul edibsə, bu, müzakirə olunmur. Kubok oyunlarında bu qədər penalti vurmağımız sırf təsadüfdür.
Bu gün qazandığımız qələbəni unutmalı, çempionat görüşünə köklənməliyik. Cavab matçı ərəfəsi yenidən bu haqda düşünəcəyik”.