- Baxış sayı: 38
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Sumo üzrə beynəlxalq dərəcəli hakim Ülvi Ağamirov tarixə düşüb.
Allsport.az xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisi “Hakuho Cup 2024” turnirində referilik edib.
Yapon döyüş növləri və mədəniyyəti assosiasiyasının vitse-prezidenti olan Ağamirov tarixin ən güclü sumoçusu Hakuho Syönun şərəfinə təşkil olunan yarışın tarixində xarici ölkədən dəvət alan ilk hakim olub. O, fevralın 12-də Yaponiyanın paytaxtı Tokioda təşkil olunan yarışda ədaləti qoruyub. Turnir “Ryogoku Kokugikan” milli sumo arenasında baş tutub.
Qeyd edək ki, Monqolustan sumoçusu Hakuho Syö karyerasını 2021-ci ildə bitirib.