- Baxış sayı: 105
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

AFFA və Naxçıvan futbol federasiyasının birgə təşkilatçılığı ilə yerli hakimlər üçün 2-günlük seminarda 16 hakim iştirak edir. Allsport.az saytı xəbər verir ki, AFFA hakimlər komitəsinin üzvü Anar Salmanov və fiziki hazırlıq üzrə baş məşqçi Namiq Quliyevin rəhbərliyi ilə bu bölgədən olan hakimlərə oyun qaydaları haqda məlumat verilir, onlardan fiziki normativlər götürülür.
Naxçıvanı təmsil edən referilər briqadası AFFA-nın bayrağı altında təşkil edilən liqaların oyunlarına təyinat alırlar. İlk belə təyinat ötən il dekabrın 18-də olub. U-17 Liqasının XIX tur çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” oyununu Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.