- Baxış sayı: 40
- 01 Dekabr 2024 19:36
- Baxış sayı: 282
- Dekabr 02, 2024
- 0
Azərbaycan voleybol federasiyası 2024-2025-ci illər mövsümündə yarışlarda iştirak edəcək hakimlər üçün seminar təşkil edib. Allsport.az saytı xəbər verir ki, GİN-nin voleybol mərkəzində baş tutan tədbirə paytaxt və bölgələrdən ümumilikdə 40-a yaxın hakim qatılıb.
Məşğələ, AVF-nin hakimlər komissiyasının sədri Eldar Zülfüqarov və sədrin müavini beynəlxalq dərəcəli hakim Zaur Hacıyev tərəfindən keçirilib.
Mütəxəssislər seminar iştirakçılarına yeni mövsümdə baş tutacaq yarışlar, voleybolda tətbiq edilən yeni qaydalar, həmçinin çelenc sistemi haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar.