- Baxış sayı: 29
- 25 Mart 2026 12:21
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
FIFA referisi Əliyar Ağayev və Orxan Məmmədov beynəlxalq oyunlara təyinat alıb. Allsport.az xəbər verir ki, Əliyar 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunda (Almaniya, Çexiya, Slovakiya, İrlandiya), Orxan isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrupunda (Polşa, Belarus, Şimali İrlandiya, Yunanıstan) keçiriləcək oyunları idarə edəcək.
U-19-ların qarşılaşmaları martın 26-dan 31-dək Almaniyada, U-17-lərin oyunları isə martın 21-dən 26-a qədər Polşada təşkil olunacaq.