“Hakimlərin ədalətinə inanmıram”

Azərbaycan premyer liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (2:1) sonra qonaqların baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı oyunun hakimlərindən narazı qalıb:

“Məncə, hamı üçün maraqlı oyun oldu. Sadəcə, bəzi nüanslar çatmadı. Uşaqlar yaxşı oyun keçirdilər. Mənim üçün bəzi sürprizlər də, yaxşı cəhətlər də oldu. Oyunçulara təşəkkür edirəm. Bəzi məsələləri yəqin ki, görənlər qiymətləndirib, təhlil edəcəklər. Qapımıza vurulan ilk qol epizodu, oyunun son iki dəqiqəsində olmayan cərimələr müzakirə mövzusudur. Mən hakimlərin ədalətinə inanmıram”.

Həmin kateqoriyadan