“Hakimlərlə bağlı çox danışmaq istəmirəm”

“Araz-Naxçıvan”ın baş məşqşisi Elmar Baxşıyev komandasının premyer liqanın IX turu çərçivəsində “Sabah”la 2:2 etdiyi oyundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis oyunun dinamik keçdiyini bildirib: “Hər iki komanda oyuna rəng qatdı. Komandanın oyunundan razı qaldım. Əzmkarlığı, oyun dəsti-xətti, xarakteri ilə seçilir. Bir xal qazandıq. Rəqibi də qiymətləndirmək lazımdır. Yaxşı, iddialı komandadır. 

Hakimlərlə bağlı çox danışmaq istəmirəm. Komandamı oyuna kökləmək istəyirəm. Referi qərar verirsə, oyun çox dayanmamalıdır. Çünki dayanma çox olduqca və gözləm müddəti uzandiqca, oyunçular da tonusdan düşürlər. 

Bizə də təzyiq yaradan amillər var. Ötən oyunda heç kim ofsayt olmadığını sübut edən kadr göstərə bilmədilər. Bugünkü matçda verilən penaltı qərarı da yüngül idi. Komanda olaraq daha güclü və iddialı olmalıyıq ki, hansısa maneə bizə problem yaratmasın”.

Həmin kateqoriyadan