- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin futbolçusu Sabir Buqrin açıqlama verib. Allsport.az xəbər verir ki, Mərakeş əsilli belçikalı futbolçu ölkəsinin mətbuatına Azərbaycan çempionu olmaları ilə bağlı bunları söyləyib:
“Qarabağ” ardıcıl yeddi dəfə çempion olmuşdu. Hamımız bu seriyanı bitirmək üçün xüsusi motivasiyalı idik. Rahatlıq yox idi. Amma matçdan əvvəl komandada stres hiss etmirdik. Çətin oyun oldu. Çünki “Qarabağ” topa sahib olmağı sevən və onu itirən kimi dərhal təzyiqi artıran güclü komandadı. Ancaq tədricən daha yaxşı oynamağa başladıq, boşluqlar böyüdü və biz oyuna nəzarəti ələ aldıq. Qələbə qolunu vurmaq çox vaxt apardı, amma yekunda çempion olduq”.
O bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə qol vurduqları anda görünməmiş bir sevinc partlaması yaşanıb: “Oyunçular hər tərəfə qaçdılar (gülür). Əlavə olunmuş dəqiqələrdə “Qarabağ” hesabı bərabərləşdirmək üçün bütün qüvvəylə irəli atılsa da, təzyiqə dözə bildik. Final fitindən sonra isə çempionluğu bayram etməyə başladıq”.
24 yaşlı yarımmüdafiəçi deyib ki, bu, onun karyerasındakı ən yaxşı mövsümdü: “İnanılmazdı. Daha əvvəl yaxın olsam da, çempionluq qazana bilməmişdim. Bu, ikiqat dadlıdı. Şübhəsiz ki, karyeramın ən yaxşı mövsümüdü. Çempionlar Liqasının təsnifat mərhələsində uğur qazanmaq artıq növbəti addımdı. Daha bir xəyalım gerçəkləşdi. Ümid edirəm ki, püşkatma bizim üçün düşərli olacaq və qrup mərhələsinə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Buqrin “Neftçi”də qalıb-qalmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “Futbolda hsdisələr sürətlə baş verir. Klubla daha bir illik müqaviləm var. Amma hər şey baş verə bilər. Belçikadan bəzi klublar bizimlə əlaqə saxlayıblar. Lakin konkret heç nə yoxdu. Əvvəlcə istirahət etmək və qazandığım titulun dadını çıxarmaq istəyirəm. Sonra həyat yoldaşımla evimizə baş çəkməliyəm. Sonrasını görəcəyik”.