- Baxış sayı: 34
- 18 Mart 2026 19:22
- Baxış sayı: 315
- Mart 16, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XXXV turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.
“Kəpəz” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib.
“Qarabağ” – “Turan Tovuz” matçından sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə meydan sahibi 500 manat cərimələnib.
“Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan qonaq klub 700 manat ödəyəcək.