- Baxış sayı: 24
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XXXIII turunda baş verənlər müzakirə olunub. Komitə müvafiq qərarlar verib.
“Kəpəz” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb. Klub 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.
Onun komanda yoldaşı Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, Gəncə təmsilçisi 3000 manat cərimələnib.
4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat ödəməli olacaq. Qərblilərin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə gəncəlilər 800 manat cərimə edilib. Azarkeşlər tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə görə meydan sahibləri 1000 manat cərimə ödəyəcək.
Qonaqların futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. O, klubunu 500 manat cəriməyə məruz qoyub.
“Turan Tovuz” – “Zirə” matçında meydan sahiblərinin futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 3000 manat cərimələnib. 5 futbolçusu sarı vərəqə alan qonaqların cəriməsi 700 manat olub.