Hansı klubumuz 36 yaşlı hücumçuya tamah salıb?

Ukraynanın “Minay” klubundan ayrılan Artyom Milevski karyerasını Azərbaycanda davam etdirə bilər. Allsport.az xəbər verir ki, bu barədə futbolçunun agenti Aleksandr Pankov məlumat verib.

Onun sözlərinə görə, 36 yaşlı hücumçuya Ukrayna, Belarus və Azərbaycan klublarından maraq var.

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin keçmiş futbolçusu başa çatan mövsümdə 14 oyun keçirib, 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan