- Baxış sayı: 10
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Neftçi” premyer liqanın XIII turunda səfərdə “Turan Tovuz”La qarşılaşıb. Allsport.az xəbər verir ki, Tovuz şəhər stadionundakı oyunda qol səsi eşidilməyib. Bayraqdarın müvəqqəti baş məşqçisi Sənan Qurbanov matçla bağlı bunu deyib:
“Tovuz səfəri hər zaman çətin keçir. “Turan Tovuz” iddialı klubdur. Çalışdıq ki, qısa zamanda komandamızı bu rəqibə qarşı hazırlayaq. Bu meydanda mübarizəli oyun keçəcəyini bilirdik. Futbolçular həm müdafiədə, həm də hücumda müxtəlif gedişatlar etməyə çalışdılar.
Əlbəttə ki, buraya qələbə qazanmaq üçün gəlmişdik. Çünki ad “Neftçi”dirsə, burada mütləq şəkildə 3 xal əsas sayılır. Bu gün futbolçularımız pis çıxış etmədilər, yaxşı təsir bağışladılar. Düşünürəm ki, qarşıdakı günlərdə komandamız işinə bu şəkildə ciddi yanaşsa, uğur qazanmaq uzaqda deyil.
Çox keyfiyyətli futbolçularımız var və təbii ki, komandamız daha yaxşı yerlərə layiqdir. Harada “Neftçi” adı varsa, orada həm çempionluq, həm də kubok uğrunda mübarizə aparmaq var”.