Havalandı Xanın səsi: “Qarabağ”ın tarixi qələbəsi!

Portuqaliyada “Benfika” və “Qarabağ” komandaları arasında çempionlar liqasının əsas mərhələsinin I turun oyunu keçirilib.

Allsport.az xəbər verir ki, paytaxt Lissabonun “Da Luj” stadionunda Ağdam təmsilçisi tarixi qələbə qazanıb – 3:2.

Qurban Qurbanovun komandasından Leandro Andrade (30-cu dəqiqə), Kamilo Duran (48) və Aleksey Kaşuk (86) fərqləniblər.

Meydan sahibinin heyətində isə Enzo Barreneçea (6), eləcə də Vanqelis Pavlidis (16) adını tabloya yazdırıb.

Bununla da “Qarabağ” tarixində ilk dəfə çempionlar liqasının əsas mərhələsində qələbə qazanıb.

Azərbaycan çempionu növbəti görüşünü oktyabrın 1-də evdə Danimarka “Kopenhagen”inə qarşı keçirəcək.

Həmin kateqoriyadan