- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 27-ci turunda “Sabah” səfərdə Qəbələnin eyni adlı komandası ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Ramin Quliyev bunu söyləyib:
“Oyuna pis başlamadıq. Lakin hesabda 2 top fərqi ilə önə keçdikdən sonra komanda bir qədər rahatlaşdı. Bundan sonra rəqib əvvəlcə penaltidən hesab arasındakı fərqi azaltdı, daha sonra isə bərabərlik qolunu vurdu. Oyunun sonlarında iki yüzfaizlik imkanımız da olsa da, dəyərləndirə bilmədik.
Bu matçda qalib də gələ bilərdik, uduza da. Havanın çox isti olması da oyuna təsir etdi. Təəssüfləndirən əsas məqam 2 top fərqi ilə öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilməməyimiz oldu”.