“Hazırda dünya çempionu titulundan danışmaqdan uzağıq”

Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos açıqlama verib.

Allsport.az xəbər verir ki, o, millinin hazırkı səviyyəsini dəyərləndirib:

“Hazırda ən yüksək nailiyyətlərə can atan komandalar sırasında deyilik. Çünki başqaları daha güclüdür. Bununla belə, inanıram ki, əgər siz ən yaxşı alman oyunçular arasından seçim edə bilsəniz və onların hamısı formadadırsa, bizim güclü tərəflərimiz hələ də var. Bəli, hazırda dünya çempionu titulundan danışmaqdan uzağıq. Amma turnir gələn yay baş tutacaq”.

Seçmə mərhələnin ilk turunda Slovakiyaya məğlub olan almanlar (0:2), ikinci turda Şimali İrlandiya yığmasına qalib gəlib (3:1).

Həmin kateqoriyadan