- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çex respublikası yığması ilə keçirilən oyundan (0:5) sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, gənc mütəxəssis debüt matçını belə şərh edib:
“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq. İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik. Millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtımız olur. Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.
U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.