- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın müdafiəçisi Kevin Medina “Atletik”lə keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak etdi.
Allsport.az xəbər verir ki, kolumbiyalı futbolçu sabah təşkil olunacaq görüşlə bağlı bunu dedi:
“Bu, həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq. Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə “Atletik” komandasınadır. Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq. Keçən mövsüm öz istədiyim səviyyədə deyildim və bu, mənim üçün böyük motivasiya oldu. Öz üzərində çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. Hazırda əla hiss edirəm. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam”.